“Atəşgah” Sığorta zədələnmiş yükə 42 500 AZN ödəniş edib. Bu, 2023-cü ilin yanvar ayı üzrə “Atəşgah” Sığorta Şirkətinin ən böyük sığorta ödənişidir.
Ödəniş “Avtodaşıyıcıların və ekspeditorların mülki məsuliyyətinin sığortası” üzrə sığortalanan yükün zədələnməsi halında olunub. Qeyd edək ki, bu sığorta növü ümumi mülki məsuliyyətinin sığortası sinifinə aid edilir. Yükün Sığortalı tərəfindən qəbul olunması anından və alan şəxsə təhvil edilməsi anınacan hər hansı təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində itirilməsi, məhv olması və ya zədələnməsinə görə Sığortalının həmin zərərin əvəzinin ödənilməsi üzrə səlahiyyətli şəxs qarşısında məsuliyyəti sığortalana bilər. Məsuliyyətinizi bu sığortaya həvalə edərək, baş verə biləcək risklərə qarşı güvəndə olun!
Azərbaycan Sığorta Bazarının liderlərindən olan “Atəşgah” Sığorta 1996-cı ildən müştərilərinə daha əlçatan olmaq və çevik xidmət göstərmək naminə 50-ə yaxın fərqli sığorta növü təklifi ilə 12 ofisdə fəaliyyət göstərir!