940 Daxil ol

“Atəşgah” Sığorta “Arxayın sakin” - yeni sığorta məhsulunu SATIŞA ÇIXARIB!

07.09.2022

Daşınmaz əmlakımız qədər, daşınan əmlaklarımızın da həm maddi, həm də mənəvi dəyəri hər kəs üçün önəmlidir.

Onlar bizim gündəlik yaşam ehtiyaclarımızı ödəməkdə bizə yardımçı olur, bir sözlə həyatımızı asanlaşdırırlar. Bu səbəbdən də bu əşyalarımıza zərər gəlməsini istəmərik. Eləcə də əşyalarımıza dəyən zərər büdcəmizə dəyəcək zərəri də özü ilə gətirər. Belə hallarda isə narahat olmağa əsas yoxdur, çünki maddi zərərinizi xəfiflədəcək “Arxayın sakin” köməyinizə çatacaq!

Sözügedən “Arxayın sakin” “Atəşgah” Sığortanın yeni satışa çıxardığı elektronika, məişət texnikası və s. bu kimi daşınar əmlakını sığortalamaq istəyən fiziki şəxslər üçün nəzərdə tutulmuş sığorta məhsuludur. 

“Atəşgah” Sığortanın yeni təqdim etdiyi daşınar əmlakın sığortası ilə illik cəmi 50 AZN, 75 AZN, 100 AZN ödəməklə yaşayış evinizdəki əşyalar üçün 15 000 AZN-dək sığorta təminatı əldə edə bilərsiniz. Belə ki, 50 AZN sığorta haqqına 5 000 AZN, 75 AZN sığorta haqqına 10 000 AZN, 100 AZN sığorta haqqına isə 15 000 AZN sığorta təminatı təklif olunur.

Əldə edəcəyiniz məhsul daşınar əmlakınızı təbii fəlakətlər, yanğın, ildırım çaxması, partlayış, fırtına, tufan, qasırğa, dolu, sel (daşqın), torpaq sürüşməsi, zəlzələ, təyyarə və ya digər uçuş aparatlarının, yaxud əşyaların yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi (fiziki toxunması) nəticəsində yaranan zərərlərə qarşı sığortalayır.

Daşınar əmlak sığortası olan “Arxayın sakin” məhsulunu əldə etmək, həmçinin bu barədə ətraflı məlumat almaq üçün 940 – Çağrı mərkəzi ilə əlaqə saxlaya və ya “Atəşgah” Sığortanın rəsmi sosial media hesablarına yazaraq müraciət edə bilərsiniz.