940 Daxil ol

“Atəşgah” Sığorta ASA-nın xeyriyyə aksiyasına qoşuldu

21.09.2022
"Atəşgah” Sığorta Azərbaycan Sığortaçılar Assosiasiyasının xeyriyyə aksiyasına qoşulub.
 
Artıq ikinci ildir ki keçirilən aksiya BMT-nin "Uşaq əməyinin istismarına qarşı mübarizə” layihəsi çərçivəsində həyata keçirilir. Ötən il də "Atəşgah” Sığorta bu layihəyə qoşulmuş və məktəbli ləvazimatları ilə aztəminatlı ailələrə, şəhid və qazi övladlarına, eyni zamanda uşaq sığınacaqlarındakı övladlarımıza kiçik də olsa sevinc bəxş etmişdir. Sosial məsuliyyətlərinə hər zaman önəm verən "Atəşgah” Sığorta növbəti dövrlərdə də bu kimi təşəbbüslərə qoşulacağını bildirib.
Vurğulayaq ki, bu gün dünyada 160 milyona yaxın uşağın əməyi istismar edilir. Bu səbəbdən də, BMT 2021-ci ili Beynəlxalq uşaq əməyinin istismarının aradan qaldırılması ili elan etmişdi.
 
Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan "Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.