940 Daxil ol

«Atəşgah Sığorta» da görüşlərə başlayıb – BADEN BADEN

20.10.2015

Almaniyanın Baden Baden şəhərində keçirilən sığortaçıların ənənəvi illə forumu çərçivəsində Azərbaycanın «Atəşgah Sığorta» şirkəti də görüşlərə başlayıb. Şirkətin anderraytinq və məhsulların inkişafı idarəsinin rəisi Orxan Şirinli fins.az-a bildirib ki, forumun keçriləcəyi günlərdə şirkətin 20-dən artıq görüşü planlaşdırılıb.

Görüşlər həm təkrar sığorta, həm də broker şirətləri ilə keçiriləcək: «Şirkətlərin əksəriyyəti Avropa şirkətləridir – «Hannover Re», «Gen Re» və s. Eləcə də, «Trust Re» və digər ərəb ölkələrin təkrar sığortaçıları ilə də görüşlər olacaq. Əsas müzakirə mövzusu təkrar sığorta məsələləridir».

Bundan başqa, «Atəşgah»ın broker şirkətləri ilə də görüşlər olacaq: «Onlar hər hansı təkrarsığort şirkətlərinin ötürülməsində izə öz xidmətlərni təklif edəcəklər».