940 Daxil ol

“Atəşgah Sığorta” ilk “Yaşıl kart”ı satdı

19.01.2016

“Atəşgah Sığorta” “Yaşıl kart” sistemi üzrə ilk satışını həyata keçirib. Bu barədə fins.az-a şirkətdən bildirilib. İlk “Yaşıl kart” yanvar ayının 14-də Türkiyəyə səfər edən Kia Sorento markalı avtomobilin sahibinə satılıb. 1 aylıq sığortanın dəyəri icbari sığorta tariflərinə uyğun olaraq, 20 manat təşkil edib.

Qeyd edək ki, “Atəşgah Sığorta” şirkətinə İcbari Sığorta Bürosunun iştirakçı olaraq ötən ilin dekabr ayının 21-də “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ verilib.

Xatırladaq ki, “Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Sistemin əsas məqsədi onun üzvü olan istənilən ölkəyə səfər edən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin milli qanunvericiliyə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir. Bu sistemə əsasən Avropa ölkələri olmaqla 47 ölkə daxildir və Azərbaycanın üzvlüyü ilə iştirakçıların sayı 48-ə çatıb”.