940 Daxil ol

“Atəşgah” Sığorta Qrupu irimiqyaslı konfransın rəsmi tərəfdaşı oldu

20.06.2018

“Atəşgah” Sığorta Qrupu 20 iyun 2018-ci il tarixində “Azərbaycanda sığorta – yeni perspektivlər” mövzusunda işə başlayan konfransın rəsmi tərəfdaşlarından biridir. Konfrans “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi və “XPRİMM” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
“Atəşgah” Sığorta Qrupu konfransda 5 nəfərdən ibarət nümayəndə heyəti ilə iştirak edir.
2 günlük konfransın proqramında sığorta bazarının cari vəziyyəti, sığorta xidmətlərinin rəqəmsallaşması məsələləri, müxtəlif sığorta növləri, həmçinin ASK sektorunda sığorta risklərinin inkişafı və digər mövzulara yer verilib.
Tədbir Azərbaycanda yerli bazarın inkişafı ilə yanaşı, biznes tərəfdaşlığının gücləndirilməsində maraqlı olan bütün vacib subyektləri bir araya gətirir. Konfransda Qafqaz regionunda sürətlə böyüyən sığorta bazarına təsir edən ən son tendensiyalarla bağlı müzakirələr aparılır.
Tədbirin ikinci günündə Yeni inkişaf lokomotivlərinin hazırlanması mövzusunda xüsusi seminar təşkil ediləcək.