05.02.2024-cü il tarixində Bakı şəhəri , Badamdar qəsəbəsində , "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış, "TOYOTA YARIS CROSS" markalı minik avtomobilinin "BMW X5" markalı avtomobil ilə toqquşması nəticəsində qəza baş vermişdir.
Hadisə ilə bağlı sığortalanmış minik avtomobilinə dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 28003.00 AZN (iyirmi səkkiz min üç manat) məbləğində sığorta ödənişi edilmişdir.