19.12.2023-cü il tarixində Bakı şəhəri , Mikayıl Hüseynov 3 ünvanında "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış, "Volkswagen ID6 X PRO" markalı minik avtomobilinin digər avtomobil ilə toqquşması nəticəsində qəza baş vermişdir.
Hadisə ilə bağlı minik avtomobilinə dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 16948.50 AZN (on altı min doqquz yüz qırx səkkiz manat) həcmində sığorta ödənişi edilmişdir.