940 Daxil ol

“Atəşgah” Sığorta Şirkəti 2 ay ərzinə 1 800 000 AZN ödəniş edib!

15.03.2023

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti 2023 - cü ilin ilk aylarından həyata keçirdiyi sığorta ödənişləri üzrə ilk beşlikdə olaraq külli miqdarda sığorta ödənişləri edib. Şirkət 2023-cü ilin yanvar və fevral ayları üzrə sığorta ödənişlərinin miqdarını açıqlayıb.

 “Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar və fevral ayları üzrə sığorta ödənişlərinin həcmi
 1 800 000 AZN təşkil edir, o cümlədən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 287 177 AZN, Kasko sığortası üzrə 352 738 AZN sığorta ödənişi etmişdir. Təqdim olunan hesabat şirkətin öz sığorta öhdəliklərini daima yerinə yetirmək üçün sabit maliyyə imkanının və ödəmə qabiliyyətinin olmasının göstəricisidir.

Qeyd edək ki, Azərbaycan Sığorta Bazarında lider olan “Atəşgah” SŞ müştərilərinə daha yaxşı xidmət göstərmək və əlçatan olmaq məqsədilə 12 ofisdə, 50-ə yaxın xidmət təklif edir!

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.