940 Daxil ol

“Atəşgah” Sığorta 2022-ci il hesabatına əsasən iri həcmli sığorta ödəniş və növlərini müəyyənləşdirib!

06.03.2023

“Atəşgah” Sığorta 2022-ci il hesabatına əsasən iri həcmli sığorta ödəniş və növlərini müəyyənləşdirib.

Bu ödənişlər arasında ən yüksək məbləğ sığortalanmış əmlakın yanğın nəticəsində zərər görmə hadisəsinə görə 160 692 AZN - dir.

Siyahının əsas hissəsini KASKO sığortası üzrə ödənişlər təşkil edir. Belə ki, 2022-ci ildə KASKO sığortası üzrə ödənilən ən yüksək məbləğ avtomobillərin toqquşması halına görə 32 608 AZN, avtomobilin velosipedlə toqquşması səbəbindən 25 307 AZN, avtomobilin maneə ilə toqquşmasına görə
20 613 AZN, sığortalanmış avtomobilin yanğın nəticəsində zədələnməsinə görə isə 16 800 AZN olmuşdur.

Qeyd edək ki, Azərbaycan Sığorta Bazarında lider olan “Atəşgah” SŞ 1996-cı ildən müştərilərinə daha yaxşı xidmət göstərmək və əlçatan olmaq məqsədilə 12 ofisdə, 50-ə yaxın xidmət təklif edir!