940 Daxil ol

"Atəşgah" Sığorta Şirkəti 2023-cü ilin yanvar - avqust ayları ərzində əmlak üzrə 196 min AZN ödəniş etdi!

31.08.2023

Artıq minlərlə insan Daşınmaz Əmlak Sığortası ilə öz əmlakına bədbəxt hadisələr nəticəsində dəymiş zərərin maddi ziyanının təmin edilməsinə nail olub!
Belə ki, “Atəşgah” Sığorta Şirkəti cari ilin yanvar-avqust ayları ərzində Daşınmaz Əmlak Sığortası üzrə 196 000 (yüz doxsan altı min) manat həcmində sığorta ödənişi etmişdir.
Qeyd edək ki, 89 412 azn – yanğın və partlayış, 78 595 azn təbii fəlakət, 26 610 azn su sızması və 1383 azn kanalizasiya borularında yaranmış nasazlıqla bağlı əmlaklara dəymiş zərərin ödənilməsi üçün ayrılmışdır.