"Atəşgah" Sığorta Şirkəti Daşınmaz əmlakın icbari sığortası üzrə 16 785,44 manat ( on altı min yeddi yüz səksən beş manat , qırx dörd qəpik ) məbləğində sığorta ödənişi etdi.
25 dekabr 2023-cü il tarixində Sumqayıt şəhərində yerləşən yaşayış mənzilində, məişət avadanlığının elektrik şəbəkəsinə qoşulu qalması səbəbindən yanğın hadisəsi baş vermişdir. Qeyd olunan hadisə ilə əlaqədar “Atəşgah” Sığorta Şirkətinin Texniki Ekspertiza şöbəsi tərəfindən sığortalanmış mənzilə baxış keçirilərək , hadisə nəticəsində əmlaka dəymiş maddi zərərin məbləği qiymətləndirilmiş və sığortalıya 16 785,44 manat ( on altı min yeddi yüz səksən beş manat , qırx dörd qəpik ) məbləğində sığorta ödənişi edilmişdir.