940 Daxil ol

“Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişi edib

20.05.2014

Azərbaycanın lider sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti KASKO üzrə iri sığorta ödənişi həyata keçirib.

 

Belə ki, Mercedes Benz markalı yük avtomobilinin (yarımqoşqu ilə birlikdə) kabinasında qısa qapanma nəticəsində yanğın baş verib. Həmin gün güclü külək olduğuna görə yanğın qısa zaman ərzində avtomobilin bütünlüklə yanmağına səbəb olub. Avtomobili idarə edən sürücü xilas ola bilib.

Şirkət bu sığorta hadisəsi üzrə 65 min AZN ödəniş edib. Hadisə Bakı şəhəri Qaradağ rayonu ərazisində baş verib.