25 ildən çox fəaliyyət dönəminə sahib olan “Atəşgah” Sığorta Şirkəti “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) tərəfindən təşkil olunan "Təlim və Konstaltinq" komissiyasının görüşündə iştirak edib.
Görüş zamanı “Atəşgah” Sığorta Şirkətinin nümayəndələri Şirkətin fəaliyyəti, yeniliklər və bir sıra sığorta məhsulları barədə ətraflı məlumat vermiş, eləcə də qadın sahibkarların sığorta barəsində suallarını cavablamışdır.
Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.