940 Daxil ol

“Atəşgah” Sığorta Şirkəti “Yaşıl Marafon 2022” çərçivəsində ağacəkmə aksiyasına qoşulub

13.04.2022

“Atəşgah” Sığorta Şirkəti ötən gün “Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti aksiyaya qoşulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası ötən gün Müşfiqabad qəsəbəsində keçirilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və üzvlərinin rəhbərliyi və o cümlədən kollektivi qoşulub.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir. Məlumat üçün bildirək ki, aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Ətraf-mühitə, cəmiyyətə qarşı sosial məsuliyyətli olan və bu istiqamətdə çoxsaylı layihə və tədbirlərə imza atan “Atəşgah” SŞ hər il olduğu kimi növbəti fəaliyyət dövrü ərzində də korporativ sosial məsuliyyət yönümlü layihə və tədbirlərin həyata keçirilməsini nəzərdə tutduğunu açıqlayıb.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.