940 Daxil ol

“Atəşgah” Sığorta Şirkəti yazı müsabiqəsinin qaliblərini elan etdi

24.10.2013

“Atəşgah” Sığorta Şirkəti peşəkar media nümayəndələri üçün “Azərbaycanda sığorta agenti: Nüfuz və geniş imkanlar” mövzusunda elan etdiyi yazı müsabiqəsini yekunlaşdırıb.

 Müsabiqənin yekunlarına əsasən qaliblər:

 I yer  - Emil Eyyubov

Mükafat – 400 AZN

Yazı: “Агент особого назначения”

Dərc olunduğu resurs: “Consulting & Business” jurnalı

II yer - Könül Soltanova

Mükafat – 200 AZN

Yazı: “Azəbaycanda sığorta agenti: Nüfuz və geniş imkanlar”

Dərc olunduğu resurs: “Banker.az” portalı

III yer - Vüqar Haqverdiyev

Mükafat – 100 AZN

Yazı: “Sığorta agenti: qazancın ölçüsünə məhdudiyyət yoxdur”

Dərc olunduğu resurs: ”Modern.az” veb saytı

Xatırladaq ki, müsabiqəni keçirməkdə məqsəd – ictimaiyyətin diqqətini inkişaf etməkdə olan Azərbaycan sığorta bazarına, sığorta agenti peşəsinə yönəltmək, bu sahədə maarifləndirmə işini aparmaq, eləcə də ən yaxşı jurnalist işlərinin təşviqi və seçimi, mətbuat nümayəndələrinin  peşəkar səviyyəsinin yüksəldilməsidir.

Azərbaycan və rus dilində yazılan jurnalist işlərinin qiymətləndirilməsi zamanı informasiya dolğunluğu, obyektivlik, problemin işıqlandırılması kimi meyarlar nəzərə alınıb.