Ötən gün “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, iqtisad elmləri namizədi Ruslan Əliyev Rusiyanın “VINEXPO” MMC şirkətinin təşkilatçılığı ilə Moskva şəhərində peşəkar şərabçıları və dequstatorları birləşdirən VINSPIRATION adlı sərgiyə qatılmışdır. Sərginin məqsədi şərabçılıq mədəniyyətini inkişaf etdirmək olmuşdur.
Ruslan Əliyev Azərbaycanda şərabçılıq mədəniyyəti barədə nitqlə çıxış etmiş və təqdimatında ölkəmizin coğrafi regionunun şərab növlərini yetişdirmək üçün münbit olduğundan, mövcud şərab növlərindən, şərabların xarici bazara ixrac olmasından bəhs etmişdir.
Çıxışının sonunda Ruslan Əliyev Ümumilli lider Heydər Əliyevin şərabçılıq və üzümçülüyə göstərdiyi dəstəkdən, onun sürətli inkişafı üçün əlverişli şərait yaradılmasından və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsindən bəhs etmişdir.
Həmçinin 2018–2025-ci illərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı haqqında məlumatı da təqdim etmişdir.