20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyası tərəfindən Bakıda törədilən qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar “Atəşgah” Sığorta Şirkətinin rəhbər və işçi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. 1990-cı il yanvarın 20-si doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 1994-cü ildən 20 Yanvar Ümumxalq Hüzn Günü elan edib.