940 Daxil ol

“Atəşgah” Sığorta və “Do IT” şirkətləri sənəd dövriyyəsinin avtomatlaşdırılması üzrə uğurlu layihə həyata keçiriblər

13.01.2020

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu şirkətdaxili elektron sənəd dövriyyəsi sisteminin tətbiqini həyata keçirmişdir.

“Atəşgah” Sığorta Şirkəti “WSS Docs” elektron sənəd dövriyyəsi sisteminin tətbiqi ilə kargüzarlıq və bütün sənədlərin saxlanmasının idarə edilməsi proseslərini avtomatlaşdırmışdır. Mərkəzləşdirilmiş ESD sisteminin tətbiqi nəticəsində şirkət kargüzarlıq işinin optimallaşdırılmasına, sənəd dövriyyəsinin keyfiyyətini artırmağa, həmçinin verilən tapşırıqlara və müqavilə öhdəliklərinə nəzarəti gücləndirməyə nail olmuşdur. Bu iş, Azərbaycanda elektron sənəd dövriyyəsi üzrə aparıcı inteqrator olan «Do IT» şirkətinə həvalə edilmişdir.

Düzgün qurulmuş elektron sənəd dövriyyəsi şəffaflıq əldə etməyə imkan verir. Azərbaycanda artıq birinci il deyil ki, bir çox dövlət və kommersiya təşkilatları bunun üçün məhz “WSS Docs”-u seçirlər. Hər iki şirkətin ahəngdar işi nəticəsində sistemin istismara verilməsini 4 aydan az müddət ərzində həyata keçirilmişdir.

Qeyd etmək lazımdır ki, iş saatlarının qısaldılması barəsində qəbul edilmiş qərardan sonra, “WSS Docs” elektron sənəd dövriyyəsi sisteminin tətbiqi və bununla da müqavilələrin avtomatlaşdırılması barədə qərar, şirkətdaxili biznes proseslərin İSO keyfiyyətin idarə edilməsi standartlarına uyğunlaşdırılmasına və əksər proseslərin avtomatlaşdırılmasına əsaslanaraq qəbul edilmişdir.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.

test