Azərbaycan sığorta bazarında innovasiyalar sayəsində liderlər olaraq qalan “Atəşgah” Sığorta Şirkətinin funksional mobil tətbiqi xidmətinizdədir. Yeni istifadəyə verilən mobil tətbiq www.ateshgah.com saytının bütün funksiyalarını özündə əks etdirir.
“Atəşgah” mobil tətbiqi “Atəşgah” Sığortanın rəqəmsal məhsuludur. “İOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri üçün aktiv olan mobil tətbiqin istifadəsi ödənişsizdir. Çoxfunksiyalı istifadə imkanları yaradan mobil tətbiq istifadəçilərə geniş və rahat sığorta xidmətləri təklif edir.
Belə ki, mobil tətbiq vasitəsilə istənilən məhsulu onlayn şəkildə əldə edə, aktiv və mövcud sığorta şəhadətnamələrinizi izləyə və nəzarət edə, ödənməli olan sığorta şəhadətnamələrinin ödənişini həyata keçirə bilərsiniz. Bundan əlavə, baş vermiş sığorta hadisəsinin ödəniş prosesinin statusu barədə məlumatı müştəri koduna əsasən əldə edə, lazım olan sənəd siyahısını nəzərdən keçirə və ödəniş üçün ehtiyac duyulan sənədləri yükləyə bilərsiniz.
Sadə və anlayışlı dizaynı ilə seçilən mobil tətbiqi App Store (https://apple.co/3FqwKOm) və ya Google Play (https://bit.ly/3Nj9cwJ) platformalarından yükləyərək, qeydiyyatdan keçə bilərsiniz.
Sığorta xidmətləri ilə yaxından tanış olmaq və faydalanmaq üçün www.ateshgah.com rəsmi internet səhifəsində yerləşən şəxsi kabinetinizin giriş kodundan istifadə edərək də mobil tətbiqdən yararlana bilərsiniz.
Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən “Atəşgah” Sığorta Şirkətinin missiyası: “Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək”dir!