940 Daxil ol

"Atəşgah Sığorta"nın rəhbərliyində dəyişiklik

23.09.2015

Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti səhmdarlarının növbədənkənar yığıncağı keçirilib. Ümumi yığıncağın gündəliyinə daxil edilmiş aşağıdakı məsələlər üzrə qərarlar qəbul edilmişdir:

  1.     Cəmiyyətin 2014-cü il üçün maliyyə hesabatlarının təsdiqi;
  2.     Direktorlar Şurası üzvlərinin təyin edilməsi;
  3.     Təftiş Komissiyası üzvlərinin təyin edilməsi;
  4.     İdarə Heyəti üzvlərinin təyin edilməsi;

İlk növbədə, “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 2014-cü il üzrə illik maliyyə hesabatları təsdiq edilib.

Daha sonra Əliyev Ruslan Allahverdi oğlu və Əliyev Vaqif Vəli oğlu “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü vəzifəsinə növbəti müddətə yenidən təyin edilmişlər. Solovyov Vladimir Nikolayeviç isə Direktorlar Şurasına müstəqil üzv təyin edilib. Direktorlar Şurasının sədri vəzifəsini isə Əliyev Ruslan Allahverdi oğlu tutub.

İskəndərov Elşad Eldar oğlu və Əmircanov Natiq Sahabin oğlunun “Atəşgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Təftiş Komissiyasına üzv təyin edilməsi haqda qərar qəbul edilib. İskəndərov Elşad Eldar oğlu Təftiş Komissiyasının sədri təyin edilib.                                                                                           

Bundan əlavə, Əliyev Azər Əmiraslan oğlu və İsmayılov Fuad Faiq oğlu “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinə üzv təyin edilmişlər. 

test