940 Daxil ol

"Atəşgah” Sığortanın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında ödənişsiz yoqa təlimi keçirilib.

02.08.2022
"Atəşgah” Sığorta Şirkətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında yoqa təlimi həyata keçirilib. Sözügedən tədbirdə təlimçi 26 illik təcrübəyə malik olan məşhur yoqa mütəxəssisi, eləcə də idman ustası Fuad Əliyev olub. Tədbirin məqsədi iştirakçılara sağlamlıq dolu gün bəxş etmək, ruh və bədən sağlamlığımızın, onlar arasındakı balansın bizim üçün necə vacib olduğunu vurğulamaq olub.
 
Qeyd edək ki, öncədən Şirkətin rəsmi səhifələrində təlimə qeydiyyat ilə bağlı əhali üçün paylaşımlar yer alıb. Belə ki, yoqa təliminə giriş sərbəst olub və "Atəşgah” SŞ-nin bir sıra nümayəndələri, eləcə də əhaliyə açıq paylaşımlardan xəbər tutaraq qoşulmaq istəyən digər şəxslər təlimdə iştirak ediblər. 
 
Təlim zamanı Fuad Əliyev yoqa haqqında ümumi biliklərdən bəhs etmiş, bir neçə əsas yoqa texnikalarını öyrədərək iştirakçılarla təcrübədən keçirmişdir. Xoş hislərlə təlimdən ayrılan iştirakçılar  həftənin yorğunluğundan qurtulub, ruh və bədənlərinin bir neçə saat ərzində dincəldiyini hiss etdiklərini bildiriblər. 
"Atəşgah” SŞ tədbirin həyata keçirilməsində göstərdikləri təşəbbüsə və dəstəyə görə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirir!