940 Daxil ol

“Atəşgah” SQ Qubada yeni ofis açdı

18.12.2017

Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri “Atəşgah” SQ regionların inkişafı proqramı çərçivəsində və təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Quba şəhərində yeni regional ofis istifadəyə verdi.
Yeni regional ofis Quba şəhərinin mərkəzində Fətəli xan küç 108A ünvanında yerləşir. (Əlaqə telefonu: (+02333 5 23 16))
Azərbaycanın ən səfalı guşələrindən biri Quba rayonu Bakıdan 160 km məsafədə Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir.
Xatırladaq ki, “Atəşgah” SQ – nun Sumqayıt, Mingəçevir, Xaçmaz, Gəncə, Şəki, Lənkəran, Salyan, İsmayıllı, İmişli, Bərdə, Qazax, Zaqatala, Şəmkir və Sabirabadda regional ofisləri fəaliyyət göstərir.