940 Daxil ol

“Atəşgah” SQ tərəfindən keçirilən “Sevək, qoruyaq, arxayın yaşayaq” fotomüsabiqəsi yekunlaşdı

18.11.2013

“Atəşgah” Sığorta Qrupu “Sevək, qoruyaq, arxayın yaşayaq” fotomüsabiqəsini yekunlaşdırıb. Qalibərin adları iştirakçıların foto işlərindən ibarət sərginin açılışına həsr olunmuş təntənəli tədbir çərçivəsində elan olundu. Tədbir 16 noyabr 2013-cü il tarixində saat 19.00-da QGallery rəsm qalereyasında keçirildi. 
Beləliklə, qaliblər:
1-ci yer - Etibar Cəfərov (mükafat - 2 min AZN)
2-ci yer Natalya Əbilova (mükafat - 1 min AZN)
3-cü yer Kamal Babayev (mükafat - 500 AZN)

Bundan əlavə, 100 AZN məbləğində həvəsləndirici pul mükafatı adları qeyd olunan iştirakçılara verildi:
Ceyhun Vəliyev
Araz Talıbov
Azad Rzayev
Rövşən Pişnamazzadə
Aygül Əlili
Elçin Əliyev
Nərgiz Əliyeva
Rafiq Nağıyev
Fərqanə Qasımova
Aytən İmanova
Pərvin Əlizadə
Eldar Əkbərov
Fərhad Həşimov
Elçin Musayev
Fərid Əşrəfoğlu
Zamin Cəfərov
Elnur Yusifov
Rəşad Yusifov
Rəfael Qəmbərov
Riad Butayev
Vüqar İbadov
İlkin Əziz
Zaur Mirzəyev 
Səbuhi İbrahimov

Qaliblərə pul mükafatları və fotomüsabiqənin bütün iştirakçılarına sertifikatlar “Atəşgah” SQ-nun vitse-prezidenti İntiqam Hüseynov, “Atəşgah” Sığorta Şirkəti İdarə heyəti Sədrinin müavini Aytən Hüseynova və Azərbaycan Fotoqrafları Birliyinin Sədri Mirnaib Həsənoğlu tərəfindən təqdim olundu.  Qaliblərin işləri xüsusi kataloqda öz əksini tapmışdır. 
Xatırladaq ki, fotomüsabiqə “Atəşgah” Sığorta Qrupunun Vizyon və Missiyası çərçivəsində keçirilib və ona uyğun olaraq Sığorta Qrupu Azərbaycanın çiçəklənən və ekoloji təmiz gələcəyi naminə də çalışır. Bu səbəbdən fotomüsabiqə insan və təbiətin qarşılıqlı əlaqəsinin müxtəlif aspektlərinə, təbiətdən istifadəyə, iqtisadi sahələrin inkişafına və onların ətraf mühitlə qarşılıqlı əlaqələrinə həsr edilmişdi.

Fotomüsabiqənin keçirilməsində QGallery rəsm qalereyası və Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkilati dəstək göstərilmişdir.