940 Daxil ol

“Atəşgah” SŞ - dən mənzil qazanmaq fürsəti!

22.06.2016

Azərbaycanda ilk agentlik (sığorta məsləhətçiləri) şəbəkəsinin yaradıcısı olan “Atəşgah” Sığorta Şirkəti bu istiqamətdə tədbirlər həyata keçirməkdə davam edir. Belə ki, Şirkət ənənəsinə sadiq qalaraq bu dəfə də sığorta məsləhətçiləri arasında “Bizimlə ol, mənzil qazan!” müsabiqəsini keçirir.

Müsabiqənin əsas mükafatı Bakıda mənzil, eləcə də əvvəlki illərdə olduğu kimi avtomobil və digər qiymətli hədiyyələrdir. Belə ki, hər bir sığorta məsləhətçi il ərzində topladığı sığorta haqlarından asılı olaraq bu hədiyyələrə sahib olmaq imkanı əldə edəcək.

Qeyd etmək istərdik ki, müsabiqədə Şirkətin mövcud sığorta məsləhətçiləri ilə yanaşı, bu şəbəkəyə yeni qoşulan üzvlər belə iştirak etmək hüququna malikdir.

Əlavə məlumat üçün: (012) 940 əlaqə telefonuna zəng etmək tövsiyyə olunur.

Xatırladaq ki, əvvəlki illərdə “Atəşgah” SŞ-nin ən yaxşı sığorta məsləhətçilərinə Hyundai Accent və Chevrolet Cruze avtomobilləri hədiyyə edilmişdir.