940 Daxil ol

“Atəşgah” SŞ-dən arxayın yaşamaq üçün “Arxayın qonşu” məhsulu!

27.04.2020

Azərbaycanın sığorta bazarının liderlərindən olan “Atəşgah” SŞ öz  müştəriləri üçün daha bir unikal sığorta məhsulu yaratdı. Belə ki, artıq Siz evdə qalıb qalmadığınızdan asılı olmayaraq qonşularınızın mənzilinə vura biləcəyiniz zərərdən sığortalana bilərsiniz.

Fiziki şəxslər üçün könüllü mülki məsuliyyət sığortasına aid olan “Arxayın Qonşu” adlı bu məhsul, mənzilinizin istismarı zamanı qonşunuzun əmlakına və ya sağlamlığına dəyə biləcəyi zərərləri qarşılamaq üçün  sizə maddi təminat verir. Qeyd olunan sığorta növünə partlayış, subasma və yanğın risklərindən ibarət maddi təminat daxildir.

Ən önəmlisi isə odur ki, sığortalının sığorta haqqı və ondan asılı olaraq sığorta təminatı seçmək imkanı vardır. Sığorta məhsulu 15 AZN, 29 AZN, 43 AZN və 57 AZN olmaqla 4 paketdən ibarət olub sizə 20 000 AZN-ə qədər olan həcmdə təminat təklif edir.

Qonşunuzla aranızın pozulmaması üçün “Arxayın Qonşu” məhsulunu (012)-940 qısa nömrəsinə zəng edərək və ya (+994) 55 254 80 10 Whatsapp nömrəsinə yazaraq əldə edə bilərsiniz.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.