940 Daxil ol

«Atəşgah» SŞ-dən Hesab.az istifadəçilərinə sərfəli təklif!

15.11.2014

Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti və ölkənin ən böyük onlayn xidmətlər portalı “Hesab.az” istifadəçiləri üçün növbəti sərfəli təklif hazırlayıb. Belə ki, Hesab.az portalında qeydiyyatdan keçmiş hər bir müştəri “Atəşgah”dan müəyyən sığorta məhsulu əldə edərkən məbləğin dəyərinin bir hissəsini qazandığı bonuslar hesabına  ödəyə bilər. Bundan əlavə, portal vasitəsilə icbari və “icbari+” sığortasını birgə sifariş edən hər bir müştəri Hesab.az - dan 20 000 bonus da hədiyyə qazanır.

Hesab.az portalı vasitəsilə “Atəşgah”dan icbari avtomobil, “İcbari+” və səyahət sığortası əldə etmək mümkündür. Sığorta şəhadətnaməsi “Atəşgah” SŞ tərəfindən 24 saat ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılır.  Əlavə məlumat üçün (012) 940 əlaqə nömrəsinə zəng etmək olar!