940 Daxil ol

“Atəşgah” SŞ sığorta şəhadətnamələrinin online satışı funksiyasını mümkün edən korporativ sayt istifadəyə verib

03.10.2013

Müştəri xidmətlərinin keyfiyyətini artırmaq və müştərilərin rahatlığı, həmçinin müasir sığorta xidmətləri bazarının tələblərinə cavab vermək məqsədilə “Atəşgah” Sığorta Şirkəti daha müasir, aydın interfeys və sadə naviqasiya, həmçinin sığorta şəhadətnamələrinin online satışı kimi rahat xidmət təqdim edən yeni korporativ saytını istifadəyə verib.

 

Sığorta şəhadətnaməsini almaq və ödənişsiz olaraq evinizə və yaxud digər ünvana çatdırmaq üçün sayta daxil olub (www.ateshgah.com) sifariş formasını doldurmaq kifayətdir. Ödənişin təsdiqi haqqında məlumat çap edilə, həmçinin elektron ünvana göndərilə bilər.

 

Bundan əlavə, Şirkət, müştərilərinə aşağıda qeyd olunan onlayn xidmətlər də təqdim edir:

 

  • Peşəkar məsləhətçilərdən pulsuz konsultasiya (sığorta hadisələrinin tənzimlənməsi də daxil olmaqla)
  • Müştərinin evinə və ya göstərilən ünvana agentin çağırılması
  • Pulsuz sifariş zəngi (Şirkət mütəxəssisləri müştəri üçün rahat olan vaxtda onunla  telefon əlaqəsi qurması)
  • Göstərilən ünvana pulsuz çatdırılma (müştəri vaxtını itirib ofisə gəlmir)
  • Korporativ müştərilərə  bütün növ sığorta xidmətlərinin online rejimdə təqdim edilməsi
  • Boş iş yerləri qeyd olunmaqla daima yenilənən “Vakansiyalar” bölməsi
  • Ofislərin dəqiq yerləşməsi və gediş planı
  • Digər funksiyalar