940 Daxil ol

“Atəşgah” SŞ zərərlərin qiymətləndirilməsində yeni xidmətlər tətbiq etməyə davam edi

06.07.2020

Azərbaycan sığorta bazarında hər zaman müştərilərə göstərdiyi individual yanaşma və yüksək xidmət səviyyəsi ilə seçilən “Atəşgah” Sığorta Şirkəti peşəkar fəaliyyətində müştərilərə təkmilləşdirilmiş xidmət imkanları təqdim etməyə davam edir.

Şirkətin əsas məqsədlərindən biri zərərlərin tənzimlənməsi zamanı aparılan qiymətləndirmədə düşüncə tərzini beynəlxalq standartlara uyğunlaşdırmaq və zərərlərin qiymətləndirilməsinin  qısa zamanda və düzgün aparılması olduğunda, bir müddət öncə bu sahədə elektron qiymətləndirmə imkanları təqdim edən “Audatex Azərbaycan” şirkəti ilə birgə işbirliyinə başlanılmışdır.

2015-ci ildən fəaliyyət göstərən “Audatex Azərbaycan” şirkətinin proqram təminatının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edir. Proqram təminatı zərərin qiymətləndirilməsində şəffaflığı təmin edir, vahid yanaşma üçün şərait yaradır.

Avtonəqliyyat vasitələrinin bərpa təmirinin dəyərinin hesablanması üçün proqram təminatının hazırlanması sahəsində dünya liderlərindən olan “Audatex” şirkəti hər bir müştəriyə dəyən zərərin düzgün və ədalətli qiymətləndirilməsinə imkan yaradaraq müştəri məmnuniyyətini daha da yüksəltməyə imkan yaradacaq.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.