Azərbaycanın iri sığorta şirkətləri olan “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ növbəti uğura imza atıb. Belə ki, hər iki şirkət Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görülüb. Müvafiq bildirişlər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən təqdim edilib.
Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ioldə təsis edilib. 2016-cı ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.