Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin dəstəyi ilə “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətləri tərəfindən Korporativ Sosial Məsuliyyət çərçivəsində ağacəkmə aksiyası təşkil olundu.
Belə ki, aksiya paytaxtımızın mərkəzində - Sahil bağı ərazisində baş tutmuşdur. Aksiyada 20-dən çox əməkdaş könüllü şəkildə iştirak etmiş, həmçinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları dəstək göstərmişlər.
Bu tip aksiyaların ictimai yerlərdə təşkili şəhərimizin gözəlləşdirilməsinə, əhalinin təbiətə qarşı həssasiyyətinin artırılmasına və şirkət əməkdaşlarının komanda ruhunun güclənməsinə xidmət edir.