940 Daxil ol

Azərbaycanda şirkət işçilərinə ev və avtomobil hədiyyə etdi

14.03.2017

“Atəşgah Sığorta” işçilərinə mənzil və avtomobil hədiyyə edib. Şirkətdən fins.az-a verilən məlumata görə, “Atəşgah Sığorta” öz sığorta məsləhətçiləri arasında “Bizimlə ol, mənzil qazan!” müsabiqəsini yekunlaşdırıb.Müsabiqənin əsas mükafatı Bakıda mənzil, eləcə də əvvəlki illərdə olduğu kimi avtomobil və digər qiymətli hədiyyələr olub. Bununla əlaqədar, “Atəşgah” SŞ İdarə heyəti üzvlərinin iştirakı ilə baş tutan tədbirdə püşkatma yolu ilə 20 qalib iştirakçı seçilib. Regional satış şəbəkəsinə aid olan qaliblərdən biri Seat İbiza markalı avtomobili, digəri isə Bakıda təmirli mənzil əldə edib. Əlavə olaraq, daha 18 nəfərə planşet, mobil telefonlar və notbuklar hədiyyə edilib.

Müsabiqənin şərtlərinə əsasən, hər bir sığorta məsləhətçisi il ərzində topladığı sığorta haqlarından asılı olaraq müxtəlif qiymətli hədiyyələr əldə etmək imkanından yararlandı. 
Müsabiqədə Şirkətin mövcud sığorta məsləhətçiləri ilə yanaşı, bu şəbəkəyə yeni qoşulan üzvlər də iştirak etmək hüququna malik idi.

Xatırlaqdaq ki, əvvəlki illərdə “Atəşgah” ən yaxşı sığorta məsləhətçilərinə Hyundai Accent, Chevrolet Cruze və bir sıra qiymətli hədiyyələr təqdim etmişdi.