940 Daxil ol

İyun ayının 20-i və 21-i Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu baş tutub

21.06.2024

İyun ayının 20-i və 21-i Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu baş tutub.Ölkəmizdə sayca 10-cu dəfə təşkil olunan forum Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib. Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələr aparılıb. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, bir çox yerli sığorta şirkətlərinin nümayəndələri də iştirak ediblər. Belə ki, “Atəşgah” Sığorta və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin İdarə Heyətinin sədrləri, İdarə Heyətinin üzvləri və digər şirkət rəsmiləri fəal iştirak edərək tədbirə təşrif buyurmuş bir sıra xarici şirkətlərin nümayəndələri ilə geniş disskusiyalar etmişlər.