940 Daxil ol

BİLDİRİŞ

14.01.2016

12 fevral 2016-cı il saat 11:00-da “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Ümumi yığıncağın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin müstəqil auditorunun seçilməsi;

2. Cəmiyyətin Təftiş Komissiyasına üzv seçilməsi;

3. Cəmiyyətin Nizamnaməsinə dəyişikliyin təsdiq edilməsi.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq

zamanı tanış ola bilərsiniz.

Ümumi yığıncağın keçiriləcəyi ünvan:

Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli pr 75B.

“Atəşgah” Sığorta Şirkətinin inzibati binası.