5 mart 2025-ci il tarixində Ağsu rayonunda "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış PARCISA yarımqoşqu qoşulduğu Daf markalı yük avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunda sərt döngədə əyləc sistemi işləmədiyindən yoldan çıxaraq dərəyə düşmüşdür.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış yarımqoşquya dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 32 263 AZN (otuz iki min iki yüz altmış üç manat ) məbləğində sığorta ödənişi edilmişdir.