940 Daxil ol

Daun sindromlu uşaqlar üçün sosial çarx təqdim edildi

19.03.2018

“Atəşgah” Sığorta Şirkəti və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Daun Sindromlu İnsanların Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən “Atəşgah” SŞ İdarə Heyatinin sədr müavini Fuad İsmayılov daun sindromlu insanlara qayğı və diqqətin önəmini vurğulayaraq qeyd edib: “ “Atəşgah” SŞ olaraq maliyyə sektorundə fəaliyyət göstərsək də sosial məsuliyyət işimizin ayrılmaz hissəsidir. Bu baxımdan gələcəyimiz olan uşaqların inkişafı üçün qayğı və diqqətimizi əsirgəməməliyik. Bu tədbiri keçirməkdə əsas məqsədimiz bu günü insanlara xatırlatmaq və hər kəsi daun sindromlu uşaqlara dəstək olmağa çağırmaqdır”.

“Qayğı- Sağlam Nəsil Naminə İctimai Birliyi”nin nəzdində fəaliyyət göstərən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəhbəri Natella Həsənova öz növbəsində daun sindromlu uşaqlara qayğı göstərməyin vacib olduğunu qeyd edib: “Hal-hazırda mərkəzimizdə 200- dən çox uşaq və yeniyetmə reabilitasiya keçir və onlara yüksək ixtisaslı tibb işçiləri xidmət göstərir. Uşaqlarda ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası təmin edilir”. Daha sonra tədbirdə daun sindromlu uşaqların iştirakı ilə hazırlanmış sosial çarx təqdim edilib və uşaqlar üçün əyləncəli proqram təşkil olunub.

test