26.05.2025-ci il tarixində Qaradağda "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış HAVAL JOLION HEV HIBRID markalı minik avtomobili idarə etməni itirərək qəza törətmişdir. Hadisə ilə bağlı sığortalanmış avtomobilə dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 29 250 AZN (iyirmi doqquz min iki yüz əlli manat ) məbləğində sığorta ödənişi edilmişdir.