940 Daxil ol

Həlak olmuş hərbçinin ipoteka kreditini ödəyib

13.07.2016

“Atəşgah Həyat” sığorta şirkəti ipoteka kreditləri borcalanlarının həyat sığortası üzrə iri ödənişlər edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, 06.04.2016 il tarixində Füzuli rayonu cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində xəsarət almış hərbçinin ikinci dərəcəli əlillik alması səbəbindən onun ipoteka krediti üzrə 21 270 AZN qalıq məbləği şirkət tərəfindən banka ödənilib.

Digər iri ödəniş - 48 273 AZN məbləği 04.04.2016-cı il tarixində cəbhə bölgəsində gedən döyüşlər zamanı həlak olmuş hərbçi üçün həyata keçirilib.

Daha iki ödəniş - 17 580 AZN - onkoloji xəstəlik nəticəsində ikinci dərəcəli əlillik almış və 14 268 AZN - onkoloji xəstəlik səbəbindən dünyasını dəyişmiş sığortaolunana görə həyata keçirilib.

“Atəşgah Həyat” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.