940 Daxil ol

Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi, “Türkiye InsurTech Hub” və “New Generation Management Company”nin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Insurtech" zirvə toplantısı keçirilib.

17.04.2024

Aprel ayının 16-da Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi, “Türkiye InsurTech Hub” və “New Generation Management Company”nin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Insurtech" zirvə toplantısı keçirilib.

Zirvə toplantısının keçirilməsində başlıca məqsəd Türkiyənin sığorta şirkətlərinin rəqəmsallaşma sahəsində təcrübəsi və sektorun lideri olan texnologiya brendləri ilə birgə Azərbaycanın sığorta bazarında rəqəmsallaşmanın inkişafına töhfə verməkdir.


Tədbirdə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov çıxış edərək bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni dövrə qədəm qoyub. “Sığorta bazarının inkişafı ilə bağlı layihələr əhalinin rifahının yaxşılaşdırılmasına yönəlib”, - deyə o əlavə edib.

“Atəşgah” Qrupunun bir sıra rəsmi nümayəndələrinin iştirakı ilə baş tutan mötəbər tədbirdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Tahir Kazımov, Direktorlar Şurasının üzvü Namiq Xəlilov, İctimaiyyətlə əlaqələr və təşkilati təminat üzrə direktor Könül İsgəndərova, habelə “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev, İdarə Heyəti sədrinin müavini Orxan Şirinli və İdarə Heyətinin üzvü Baxşəliyev Xaqani də iştirak ediblər.