9 avqust 2025-ci il tarixində Kəlbəcər rayonunda "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış Mercedes Benz 4140 markalı yük avtomobili idarəetməni itirərək maneə ilə toqquşmuşdur. Hadisə ilə bağlı sığortalanmış avtomobilə
dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki Ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 56 409 AZN (əlli altı min dörd yüz doqquz manat) məbləğində sığorta ödənişi edilmişdir.