940 Daxil ol

“Noyabrın 1-nə qədər vaxtımız var” – İSB

02.06.2015

İcbari Sığorta Bürosu (İSB) bu il, noyabrın 1-nə qədər “Yaşıl kart” sistemi ilə bağlı maliyyə tələblərini yerinə yetirməlidir. Fins.az-ın məlumatına görə, bunu İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib. Onun sözlərinə görə, Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının növbəti Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunması və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənib: “Bunun üçün yaxın 5 ay ərzində Bürolar Şurasının (BŞ) maliyyə təminatı tələblərini yerinə yetirməliyik. İSB təkrarsığorta müqavilələri tərtib etməli və 5 milyon manat məbləğində bank təminatı məktubunu BŞ-na təqdim etməlidir. Maliyyə təminatı Avropa ölkələrində A sinfi sayılan banklarda depozit şəklində və yaxud nəğd şəkildə yerinə yetirilməlidir. Bundan əlavə yaşıl kart sisteminə daxil olan 47 ölkə ilə 2 tərəfli müqavilələr bağlanmalıdır. Yəni, daha dəqiq 47 ölkənin minimum 75 %-i ilə müqavilə imzalanmalıdır”.

Fins.az