“Atəşgah” Sığorta şirkəti İsmayıllı rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü Əzizov Elman Əjdər oğlunun idarə etdiyi “VAZ 2110” markalı avtomobil şirkətə deyil, onun özünə məxsus olub: “Hadisə noyabrın 19-da saat 19.00- 20.00 radələrində baş verib (yəni, iş saatları bitdikdən sonra). Piyada yolu qaçaraq keçərkən E.Əzizov avtomobili dayandırmağa cəhd edib. Lakin buna müvəffəq ola bilməyib. Sürücü E.Əzizov yaralını xəstəxanaya çatdırsa da, piyada iki saat sonra beyin qansızması nəticəsində vəfat edib. Mərhumun ailəsi tərəfindən hadisə ilə bağlı heç bir şikayət daxil olmayıb. Faktla bağlı araşdırmalar aparılır”. (mənbə Lent.az)