940 Daxil ol

Yanvarda bağlanan Yaşıl Kart müqavilələrinin sayı açıqlanıb

10.02.2017

Yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 376 beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Fins.az-ın məlumatına görə, bu barədə  İcbari Sığorta Bürosundan məlumat verilib. 674 müqavilə Türkiyə və İran İslam Respublikasına, 634 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 68 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Yanvar ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1078-i minik, 150-ü yük, 134-i qoşqu, 14-ü isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Məlumat üçün bildirək ki, hal-hazırda yaşıl kart sığorta növü üzrə 13 sığorta şirkəti ( “Atəşgah”, “Standard İnsurance”, “AtaSığorta” , “Xalq Sığorta”,  “Paşa Sığorta” , “AXA MBASK”,  “AzSığorta” , “Azərsığorta”,“Meqa Sığorta” , “İPƏK YOLU SIĞORTA” , “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta”,  “Günay Sığorta”)  fəaliyyət  göstərir.