Hadisə baş verdikdə nə etməli?
Nə vaxt və harada olmağınızdan asılı olmayaraq dərhal (012) 940 nömrəsinə zəng edərək Atəşgah Sığorta Şirkətinə məlumat verin və eyni zamanda 102 nömrəsinə zəng edib DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırın. Nömrə həftənin 7 günü 24 saatı fasiləsiz xidmətinizdədir.
Əməkdaşımız və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməyin və hadisə yerini tərk etməyin.
Avtomobilin təmirinə Atəşgah Sığorta Şirkətinin əməkdaşları ilə razılaşdırmadan başlamayın.
Sığorta hadisəsinin tənzimlənməsi üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:
- Sığortalının sığorta hadisəsi haqqında ərizəsi
- Sığorta müqaviləsinin şəhadətnaməsi
- Sığortalının şəxsiyyət vəsiqəsi, sığorta olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, sığorta olunanın sürücülük vəsiqəsi və əgər nəqliyyat vasitəsi etibarnamə əsasında idarə olunursa, müvafiq etibarnamənin surəti
- DİN/DYP-dən hadisə barədə arayış
Hadisənin növündən və baş vermə xarakterindən asılı olaraq əlavə sənədlərin təqdim olunması tələb oluna bilər.
Yuxarıda göstərilən sənədlərlə "Atəşgah" Sığorta Şirkətinin C.Məmmədquluzadə küç., 998-ci məhəllə ünvanında yerləşən ofisinə yaxınlaşmağınız xahiş olunur.
Sualınız yaranarsa, 012 (940) nömrəsinə və ya e-mail ünvanına mushterixidmeti@ateshgah.com müraciət edə bilərsiniz.