TTTY briqadalarının çağırışı dispetçer xidməti vasitəsilə aşağıdakı telefon nömrələri ilə həyata keçirilir:
497 17 37/67 49242 37
Həftədə 7 gün, 24 saat ərzində ixtisaslı kadrlarla komplektləşdirilmiş təcili və təxirəsalınmaz tibbi yardım briqadalarının çıxışının təşkili
İlkin müayinə və ilkin diaqnozun müəyyən edilməsi
EKQ və onun oxunması
Tam dərman təchizatı
Xəstəxanaya yerləşdirmə
Azərbaycan Respublikasının quru ərazisində tibbi evakuasiya (uçuş vasitələri istisna olmaqla).
Tibbi yardım , bazar və bayram günləri istisna olmaqla, hər gün sat 08:30-dan saat 19:00-dək göstərilir
Bütün profillər üzrə ixtisaslı mütəxəssislərin baxışı
diaqnostika: unksional diaqnostika, laboratoriya tədqiqatları
müalicə mütəxəsislərin evə və ya oifisə çağrılışı
göstəricilərə əsasən mütəxəsislərin təyinatının evdə icrası
müvəqqəti iş qabiliyyətinin itirilməsinin ekspertizası, qeydiyyat və tibbi sənədləşdirmənin verilməsi.
Fizioterapiya –ildə 10 prosedur
Müalicəvi massaj- ildə 10 prosedur (hər nahiyyə).
Səhhətinizdə hər hansı narahatçılıq yarandığı zaman kartın üzərindəki nömrələrlə əlaqə saxlayıb həkimə
yazılırsınız.
Sığorta olunan Atəşgah SŞ ilə əməkdaşlıq etməyən tibb müəssisəsi və ya həkimdə müayinə keçməsi haqqda məlumatı SŞ-nin Tibbi Yardımın Təşkili şöbəsinə əvvəlcədən bildirməlidir.
Sığorta olunan tibbi xidmətlərdən keçdikdən sonra SŞ-nə tibb müəssisəsi göstərilməklə aşağıdakı sənədləri təqdim etməlidir:
• ödənilmiş hesabın əsli (qəbz)
• göstərilən xidmətlərin siyahısı və qiymətləri
• ambulator və ya stasionar xəstənin tibbi kartından çıxarış
• ərizə (sənədlər təqdim edildiyi zaman yazıla bilər)
• şəxsiyyət vəsiqəsinin və sığorta kartının surəti
• sığorta olunanın adına Bankda açılan hesabdan çıxarış (əmək haqqı hesabı istisna olmaqla).
Sənədlər tibbi xidmətlərin göstərildiyi vaxtdan bir aydan gec olmayan müddətdə Atəşgah SŞ-nə təqdim edilməlidir, şirkətə yaxınlaşaraq və ya kuryer xidməti vasitəsi ilə (ünvan:Ceyhun Hacıbəyli küç. 218, Baku Az1007). Sənədlərin qəbulu tibbi ekspertiza əməkdaşları tərəfindən şənbə və bazar günləri istisna olmaqla saat 09:00-17:30 radələrində qəbul edilir (13:00-14:00 -nahar fasiləsi).
Ödəniş Sığorta olunan tərəfindən bütün zəruri sənədlərin təqdim edilməsindən sonra 15 iş günü ərzində həyata keçirilir. Ödənişin məbləği sığorta müqaviləsinə əlavə olunan siyahıda göstərilən tibb müəssisələrində analoji xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin edilir.
Əvvəlcə təminat şərtləri ilə tanış olmaq lazımdır, sonra (012) 940, (012) 497 17 37, (012) 497 17 67 nömrələri ilə SŞ-nin Tibbi Yardımın Təşkili şöbəsinə müraciət etmək lazımdır.
Sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti; o cümlədən sığorta paketinə daxil olan digər xidmətlər təmin edilir.
Sığorta xidmətlərindən istifadə etmək üçün sadəcə qaynar xəttə müraciət edərək ad,soyad və təqdim olunan sığorta kartının nömrəsini qeyd etmək kifayətdir.
ABB-dən sərfəli kredit